Xalq yazıçısı Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olub. Lent.az-ın xəbərinə görə, AYB-nin bu gün keçirilən XII qurultayında Anarın sədrliyə namizədliyİ Fikrət Qoca tərəfindən irəli sürülüb.
Qurultay nümayəndələri yekdilliklə Anarı növbəti müddətə AYB sədri postuna seçiblər. Onun sədrliyinin əleyhinə səs verən və bitərəf qalan olmayıb.
Qurultay AYB-nın hazırkı katiblərinin də vəzifələrində qalmasına qərar verib.