İçəri Şəhər Şirvanşahlar Sarayı Kompleksində Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabının təqdimatı keçiriləcək. Lent.az-ın məlumatına görə, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtım tərəfindən hazırlanan kitabın ön sözünün müəllifi millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin sədri Qənirə Paşayevadır.
Əsər “Quran” ayələri və onların təfsirləri, Hz. Peyğəmbərin (s.a.s.) hədisləri, hikmətli sözlər və kəlamlarla zəngin olub, onun ürfani-fəlsəfi məktəbinin əsaslarının açıqlanmasında istifadə edilmişdir. Seyid Yəhyanın zəmanəsinin ruhuna və ədəbinə uyğun qələmə aldığı “Şəfaül-Əsrar” əsəri Azərbaycanın təsəvvüf tarixində özünəməxsus yer tutmaqla yanaşı, həm də xüsusi mərhələdir.