“Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi
18 iyun 2014 13:39 (UTC +04:00)

“Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi

Mədəniyyət və Turizm Nazirliyi iyunun 19-dan 26-dək “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsini keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, adıgedən nazirliyin təşkil etdiyi film həftəsi çərçivəsində “Salnamə” və “Yaddaş” sənədli film studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 film Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında kinosevərlərə təqdim olunacaq.

 

Qeyd edək ki, 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan kino-baxışlar rayon mədəniyyət və turizm şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar