Tanınmış müğənni: “Qız uşaqları çirkin "qədeşvari"  rəqslər edir”
24 avqust 2023 09:53 (UTC +04:00)

Tanınmış müğənni: “Qız uşaqları çirkin "qədeşvari" rəqslər edir”

“Qız uşaqları çirkin "qədeşvari" rəqslər edir”.

Lent.az-ın xəbərinə görə, bunu öz sosial şəbəkə hesabında bəstəkar müğənni Murad Arif yazıb.

 "İnstaqram və TikTok-da çox bərbad, nataraz, əyilə-bükülə, ayaqlarını əyri ataraq oynayan oğlanlar məşğələlər yaradır. Görürəm ki, o məşqlərə yazılan onlarla balalarımız, qız uşaqları da daxil, beləcə, çirkin "qədeşvari" rəqslər edir. Biri də demir ki, "ay bala, milli rəqslər belə ayaqlarını əyri qoyaraq oynanılmaz"... Qız uşaqları heç belə oynamaz. İyrəncdir. Nə "müəllimi" qanır, nə də valideyni",- deyə o son zamanlar trend olmuş milli rəqs kurslarını tənqid edib.

Qeyd edək ki, son illər toylarda xüsusi rəqs qruplarının sifarişlə rəqs etmələri dəb halını alıb. Əvvəllər belə qruplar yalnız oğlanlardan ibarət idisə, indi qızlar da oğlanlara bənzər qruplar yaradıb, oğlan rəqsləri edirlər. Milli rəqs adı verilmiş bu rəqslər isə əslində peşəkar yox, həvəskar səviyyəsi ilə haqlı narazılıqlara səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14360

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07