"Qarabağ şikəstəsi"  rok janrında ifa olundu - VİDEO
10 iyun 2024 14:57 (UTC +04:00)

"Qarabağ şikəstəsi" rok janrında ifa olundu - VİDEO


Azərbaycanın məşhur “Döngə” rok qrupu mərhum xanəndə Xan Şuşinskinin repertuarına müraciət edib. Qrup “Qarabağ şikəstəsi” xalq mahnısını yeni versiyada ifa edərək, dinləyicilərə təqdim edib. 

Lent.az-ın xəbərinə görə, ilk dəfə rok janrında ifa edilən , "Qarabağ şikəstəsi"nə klip də çəkdirib. 

Əsərin yazılma prosesi qrupa məxsus studiyada baş tutub.  

Rejissoru Fərhad Məmmədli olan klipin çəkilişləri isə iki gün ərzində həyata keçirilib.  

Qeyd edək ki, klipdə rok qrupu ilə yanaşı 11 yaşlı xanəndə Murad Nəbizadə də rol alıb. O, xalq mahnısının misralarından birini ifa edib.
 
Klipin süjeti gənc xanəndə  rok musiqisinə olan sevgisindən və "Döngə" qrupunun yaradıcılığından bəhs edir.  M. Nəbizadə kiçik yaşlarından muğam məktəbində təhsil almasına baxmayaraq, rok musiqisinə xas olan ruh azadlığını özündə aşılayıb. Qrupun qarşıdan gələn konsertindən təsadüfən xəbər tutan Murad səhnəni onlarla bölüşmək istədiyini ifafə edib.

Yeni klipə gəlincə, qrupun solistləri Nərmin Behbudova və Fərid Məmmədov layihə ilə Azərbaycanın şanlı keçmişi ilə bu günü arasında dinamik körpü qurmağa çalışdıqlarını qeyd ediblər.

“Biz bu mahnı ilə bir daha sübut etdik ki, keçmişlə gələcək arasında bir növ körpü yaratmaqla milli dəyərlərimizi gənc nəslə yeni üslubda ötürmək olar”  - deyə, solistlər qeyd ediblər. 

Onu da əlavə edək ki, klipdə qrupun imici üzərində iranlı dizayner Faranak Şancan çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2691
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar