Niyə bu adamlara  “qulaq”   deyirdilər? – Belə yaranıb
30 noyabr 2023 18:39 (UTC +04:00)

Niyə bu adamlara “qulaq” deyirdilər? – Belə yaranıb

Sovet hakimiyyətinin ilk illərində “kulak” adı verilmiş milyonlarla insan repressiyaya uğrayıb. Belə adamlar 15 respublikanın hamısında olub.

Azərbaycanda onlara dilimizin qaydalarına uyğun şəkildə "kulak" yox, "qulaq" deyirdilər. Bəs kulaklar kim idilər, niyə onlara xalq düşməni yox, məhz "kulak" deyirdilər?

 Lent.az “Belə yaranıb” rubrikasında bu sözün tarixçəsi barədə məlumat verir.

XVII  əsrin ortalarında "kulak" tacirlərə verilən ad idi. Onlar kənddən şəhərə gətirilən məhsulları ucuz alıb baha qiymətə bazarlara çıxarırdılar. Bu sözün ilk yarandığı illərdə "kulak" sözü xəsis, acgöz, aldadan, alverçi mənalarını da daşıyırdı. 

Sonralar tacirlər kəndlərə gedir, hələ qışda, buğda əkilməzdən öncə kəndlilərə gələcək məhsulun pulunu verir, ucuz qiymətə satın alırdılar. Belə inam yaranmışdı ki, tacir kəndlilərin məhsulunun pulunu öncədən verdiyinə görə, onları yumruq altında ("kulak" rusca "yumruq" deməkdir) saxlayır. Belə ticarət vasitəsilə varlanmış şəxslər zaman içində "kulak" adlandırılmağa başlanıb.

XX əsrin əvvəllərində Sovet hakimiyyəti yeni qurularkən "kulak" sözü öncə mülkədarlara, daha sonra xalqdan  taxıl gizlədən bütün şəxslərə deyilməyə başlanıb. Evində bir kisə belə artıq taxılı olan hər kəs kulak elan edilib sürgünə göndərilib.

Repressiya illərində 2,7 milyondan çox adama “kulak” damğası vurulub. Əslində insanları kulak elan etmək hökumətin işinə yarayırdı. Onlar bu yolla kolxozları varlandırır, kollektivləşməyə qarşı çıxan hər kəsi cəzalandırır, kasıblaşmış kulakları da beşillik yarışlarda işçi qüvvəsi kimi havayı işlədirdirdilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5295
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar