Məşhur reper öldü - FOTO
29 sentyabr 2022 05:12 (UTC +04:00)

Məşhur reper öldü - FOTO

Məşhur amerikalı musiqiçi, 90-cı illərin əfsanəvi reperi Kulio (tam adı: kiçik Artis Leon Ayvi) 59 yaşında ABŞ-ın Los-Anceles şəhərində vəfat edib.

Lent.az TMZ nəşrinə istinadən xəbər verir ki, ifaçının ölümünə səbəb ürəktutmasının olduğu güman edilir.

Qeyd edək ki, Kulio “Gangsta’s Paradise” (1995) albomundakı eyniadlı treki ilə dünyada məşhurluq qazanıb. Həmin kompozisiya 1990-cı illərin qanqster repinin klassikası hesab edilir.

# 6135
avatar

Oxşar yazılar