Mehriban Ələkbərzadə
13 mart 2022 20:50 (UTC +04:00)

Mehriban Ələkbərzadə

Mehriban Ələkbərzadə YUĞ teatrından GETDİ

Teatr və kino rejissoru, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə YUĞ Dövlət Teatrından ayrılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə teatrın rəsmi səhifəsində paylaşım edilib. Bildirilib ki, o, mədəniyyət naziri Anar Kərimovun əmrinə əsasən, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mehriban Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət YUĞ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.

# 2190
avatar

Oxşar yazılar