Kann kino festivalının qalibləri bəlli oldu -YENİLƏNİB
29 may 2022 00:30 (UTC +04:00)

Kann kino festivalının qalibləri bəlli oldu -YENİLƏNİB

Kann kino festivalinda "Qran pri" mükafatını Lukas Dontun "Close" filmi və Kler Denisin "Stars at Noon" filmi qazanıb.

Münsiflər heyətinin xüsusi mükafatını isə Yerji Skolimovskinin "Eeyore" filmi və Feliks van Qroningenlə Şarlotta Vandermeersin "Səkkiz dağ" filməri əldə edib.

Kann festivalının yubileyi - 75 illiyi şərəfinə hazırlanmış mükafat isə Darden qardaşlarının olub. Onların "Tori və Lokita" filmi bu mükafatın sahibi olub.

***

00.02

Fransada keçirilən Kann kino festivalının qalibləri məlum olub.

Lent.az xəbər verir ki, "Ən yaxşı ssenari" üzrə qalib isveçli rejissor Tarik Salehin "Boy from Heaven" filmi, "Ən yaxşı rejissor işi" üzrə qalib isə koreyalı rejissor Park Çan-Vukun "Decision to Leave" filmi olub.

İsveç rejissoru Ruben Estlundanın "Kədər üçbucağı" filmi "Qızıl palma budağı" mükafatını qazanıb.

Həmçinin iranlı aktrisa Zar Əmir İbrahimi isə "Ən yaxşı qadın rolu" mükafatı qazanıb. O, bu nominasiyada qalibiyyəti Əli Abbasinin "Holy Spider" filmindəki roluna görə əldə edib.

"Ən yaxşı kişi rolu"nda qalib isə Sonq Kanq-ho olub. O, bu mükafatı rejissor Hirokazu Kora-edanın “Gözəl ulduzlar” filminə görə qazanıb.

Qızıl kamera mükafatı Rili Keuq və Qina Qammelin çəkdiyi “War Pony” filminə verilib. 

Qısametrajlı filmlərdə isə "Qızıl palma" mükafatını çinli rejissor Jianyinq Çenin “The Water Murmurs” filmi qazanıb. 

# 2346
avatar

Oxşar yazılar