Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncədən Bakıya" layihəsi çərçivəsində görkəmli bəstəkarımız Ələkbər Tağıyevin 100 illiyi qeyd olunub.
Filarmoniyadan Lent.az-a verilən məlumata görə, Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında keçirilən "Bizim Bakı gecələri" adlı konsert Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə təşkil edilib.
Konsertdə Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında Ələkbər Tağıyevin "Eşqimi sönməyə qoymaram", "Yağış yağır", "Külək", "Gözləyəcəyəm", "Söylə yadımdadır", "Mənim Gəncəm", "Sədaqətim var", "Mən baharın qızıyam", "Bakı gecələri", "Qal sənə qurban", "Sən gəlməz oldun", "Nazından olmaz" mahnıları səsləndirilib.