Dünyanın ən məşhur "avara"sı- Prezident ondan avtoqraf aldı, ölümü milli matəm elan edildi
20 oktyabr 2022 10:08 (UTC +04:00)

Dünyanın ən məşhur "avara"sı- Prezident ondan avtoqraf aldı, ölümü milli matəm elan edildi

Dünyanın ən məşhur avarası.prezident ondan avtoqraf aldı, ölümü milli matəm elan edildi, şəhərə çıxmasına qadağan qoyuldu- Bir ulduz axdı

Lent.az “Bir ulduz axdı” layihəsində  məşhur hind aktyoru Rac Kapurdan bəhs edəcək.

Hindistanın simvolu sayılan məşhur Rac Kapur 1924-cü ildə ildə hazırda Pakistanın şimali-qərbində əyalət olan Pişəvərdə doğulmuşdu. Teatr aktyoru olan atası onun da özü kimi teatrda işləməsini istəmiş, Rac da məmnuniyyətlə razılaşmışdı. Lakin teatrda çalışan balaca Racın istəyi kinoyla bağlıydı. Arzusunu 11 yaşı olanda gerçəkləşdirmiş, ilk dəfə filmə çəkilmişdi. 24 yaşında isə o artıq dünyanın ən gənc kinorejissoru və kinoşirkət sahibi idi.
O Hindistan filmlərinə yeni bir süjet xətti gətirdi. Kastalar arası fərqlərin insan talelərində oynadığı faciəvi rol, kasıb insanların həyatla mübarizəsinin çətinliyi, uşaq cinayətləri və sosial ədalətsizliklər onun filmlərində  əsas süjet xətti idi..
64 illik ömründə 65 filmdə əsas rolda oynayıb, bir filmə ssenari müəllifi olub, 10 filmə rejissorluq edib, 17 filmin çəkilməsində prodüsserlik edib.

Təkcə elə SSRİ-də 64 milyon insan onu məhz “Avara” filmindəki roluna görə sevib izləmişdi, bu film 10 il ərzində reytinqlər qırır, kassalara milyonlar qazandırırdı. O Sovet İttifaqının ən hörmətli qonağı hesab edilsə də ona “Cənab Avara” deyə xitab olunurdu. 

1966-cı ildə yolu Bakıya da düşmüşdü və hətta deyilənə görə, Bakıya səfəri zamanı Xəzər sahilindəki bu gözəl şəhərdən ev də alıbmış. Rac Kapurun azərbaycanlı dostu Rəşid Behbudov idi. Onlar müntəzəm əlaqə saxlayardılar. Bakıda olarkən Rac Kapur bir futbol matçına da tamaşaçı qismində qatılır, lakin həmin gün heç kim futbola baxmır. Hamı yaxınlaşıb ondan avtoqraf almağa, uzaqdan görməyə çalışırdı. Rac kapur Bakıda olarkən "O olmasın bu olsun" filminin Gülnazı Tamara Gözəlova üçün piano çalıb, mahnı da oxumuşdu.

Ulduzlara ilk yol açan adam Qaqarin və ulduz adam Raç Kapur dost olublar. Qaqarin Hindistana dəvət alıb və onu bu səfər zamanı Rac Kapur 3 gün onu müşaiyət edib. Qaqarin ona “yoldaş Avara” deyə xitab edirmiş.

Rac Kapur Sovet İttifaqı ilə birgə istehsalın məhsulu olan “Mənim adım Kloundur” filmini çəkmişdi. Film rus qızı ilə sirkdə işləyən klounun sevgisindən bəhs edən süjet xəttindəydi, realist janrda çəkildiyinə görə qəbul edilməmiş, itib batmışd. Yalnız sənətkarın ölümündən sonra bu filmə tənqidçilər yüksək qiymət vermişdilər.

50-ci illərin sonunda Hindistanın baş naziri Cəvahirləl Nehru SSRİ-də səfərdə olarkən Xruşşov böyük maraqla ondan Kapuru soruşmuş, bu da baş nazirin  qısqanclığına səbəb olmuşdu. Nehru Racın atasını qəbuluna çağıraraq, narazı ifadə ilə “sənin oğlunu məndən daha çox tanıyırlar” demişdi. Sonrakı illərdə Nehru özü Kapurun filmlərindən birinin təqdimatı zamanı ondan avtoqraf almış, birgə şəkil çəkdirmişdi. Nehru deyirmiş ki, dünyada tanınmış insan olsa da, bir aktyorun şöhrəti onun şöhrətini qat-qat üstələyir.

Bombeydə “Cənab 420” filmi çəkilərkən şəhər rəhbərliyindən çəkiliş üçün icazə istəyirlər, lakin rəhbərlik Rac Kapurun küçəyə çıxmasına icazə vermir. Onun şəhərdə olduğunu bilən insanların basabas yaradıb, bir-birlərinə xəsarət verməmələri üçün.

Rac Kapur Hindistanın simvolu sayılırdı, elə buna görə ölümü ölkədə milli matəm kimi qeyd edilmişdi. Ömrü boyu sevgi və şöhrətlə əhatə olunmuş bu adamın ölümü də səhnəylə əlaqəliydi. Növbəti mükafatını almağa gedərkən səhnəyə çıxanda yıxılmış, beyninə qan sızmış, bir ay sonra vəfat etmişdi.

Milyonlarla qadının sevgi məktubları yazdığı Rac Kapur 16 yaşı olarkən 16 yaşlı qohumu Krişna ilə evləndirilmiş, ömrünün sonuna qədər onunla evil olmuşdu. 5 uşaq atasıydı və onların hamısı Rac Kapurun kino şirkətində işləyirdilər. İki oğlu Raciv və Sammi məşhurluq qazansalar da atalarının şöhrətini keçə bilmədilər. Krişna gözəl qadın idi, lakin Racın tək sevgisi deyildi. Əslində sevgiylə evlənməmişdilər. Atası evləndirmiş, o da razı olmuşdu. Rac Kapur uzun illər aktrisa Nərgizlə sevgili olmuş, bu münasibətlər Nərgiz Krişnanın tələbiylə Racdan ayrılıb, ərə getdikdən sonra bitmişdi. Racdan ayrılan məşhur aktrisa karyerasına son vermiş, daha ekranlarda görünməmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4345

Oxşar yazılar