Beynəlxalq maskarad oyunları festivalı LƏĞV EDİLDİ
08 yanvar 2022 06:17 (UTC +04:00)

Beynəlxalq maskarad oyunları festivalı LƏĞV EDİLDİ

Yanvar ayında Bolqarıstanın paytaxtı Sofiya yaxınlığındakı Pernik şəhərində keçirilməsi planlaşdırılan “Surva” beynəlxalq maskarad oyunları festivalı artıq üçüncü ildir ki, ləğv edilib. 

Lnt.az-ın məlumatına görə, bunu şəhər merinin müavini Stefan Krastev bildirib.

S.Krastev şəhərə minlərlə qonağın toplaşdığı tədbirin ləğv edilməsinə səbəb kimi ölkədə COVID-19-a yoluxma hallarının artmasını göstərib: “Pernik şəhər administrasiyası bütün lazımi hazırlıqları görüb, bayram proqramı hazırlanıb, lakin təəssüf ki, koronavirusa yoluxmanın artması ilə bağlı sanitar orqanlar qətiyyətlə festivalın keçirilməsinə etiraz edir”. 

Qeyd edək ki, Bolqarıstanda koronavirusa yoluxma halları sürətli artmaqdadır. Son sutka ərzində yoluxanların sayı 5525, ölənlərin sayı 72 nəfər olub (onların 97,2%-i peyvənd olunmayıb).

Ölənlərin ümumi sayı 31375 nəfərə çatıb. Ölkədə 121 178 nəfər aktiv xəstə var. Xəstəxanalara 4790 nəfər yerləşdirilib, onlardan 503-ü reanimasiya şöbələrindədir.

Səhiyyə Nazirliyinin məlumatına görə, Bolqarıstanda 12 yaşdan yuxarı əhalinin təxminən 35%-i (təxminən 1,93 milyon nəfər) tam peyvənd olunub.
 

# 696
avatar

Oxşar yazılar