Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Molla Cümənin 170 illiyinə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsinin ikinci günü Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində konsert proqramı baş tutub.
Filarmoniyadan Lent.az-a verilən xəbərə görə, konsertdə Gəncə şəhər Bülbül adına 3 saylı UMM və Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri Müxəmməs aşıq havasına Molla Cümənin “Pərim”, Gödək donu aşıq havasına “Bərəkət var ayağında” şeirlərini, təcnis, İsmi Punhan xalq mahnısı, aşıq havasını səsləndiriblər.