“Ah, necə də arzuolunmazdır!”  - Jerar Depardye Putini qınadı
01 aprel 2022 15:51 (UTC +04:00)

“Ah, necə də arzuolunmazdır!” - Jerar Depardye Putini qınadı

Məşhur fransız aktyor Jerar Depardye əvvəllər Rusiya Prezidenti Vladimir Putinə çox böyük rəğbət bəslədiyini gizlətmirdi. Hətta onların arasında yaranan münasibət dostluq səviyyəsinədək yüksəlmişdi. 

Aktyor 2013-cü ildə Rusiya vətəndaşlığını alıb. Pasportu ona Putin Soçidə təqdim etmişdi. 

Depardyenin bu dəfə Putin haqqında etdiyi açıqlama gündəm olub. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktyor həqiqətin tərəfində olduğunu deyərək, Putini açıq çəkildə qınayıb.

O, Ukraynadakı müharibəni "qardaş qırğın" adlandırıb: “Ah, necə də arzuolunmazdır!”.

Üstəlik, kino ulduzu Putinin Ukraynaya qarşı addımını "dəli və qəbuledilməz" adlandırıb.

Aktyor eyni zamanda Rusiya vətəndaşlarının təcavüzkar prezidentlərinin əməllərinə görə məsuliyyət daşımadığını deyib.

# 2163
avatar

Rəsul SARI

Oxşar yazılar