Fəttah Heydərov Qəbələ festivalından danışdı
“Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı müvəffəqiyyətlə başa çatdı”.
APA-nın xəbərinə görə, bunu millət vəkili Fəttah Heydərov deyib.
Millət vəkili 14 gün davam edən festivalda 10 ölkənin 350-yə yaxın musiqiçisinin iştirak etdiyini bildirib: “ Bu günlərdə Qəbələdə Azərbaycan bəstəkarlarının simfonik əsərləri, dünya musiqi inciləri, ecazkar muğamımız heyranlıqla dinlənildi, dünya şöhrətli sənətçilər səhnə aldılar”.
F. Heydərov bildirib ki, bu cür tədbirlər mədəniyyət xadimləri arasında əlaqələrin qurulmasına, xalqların bir-birinə yaxınlaşmasına xidmət edir. Millət vəkili Heydər Əliyev Fondunun layihələrindən olan bu beynəlxalq musiqi festivalının hələ uzun illər keçiriləcəyinə, Qəbələnin beynəlxalq mədəniyyət mərkəzinə çevriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, bu il Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı keçirilib.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27