Polşanın prezidenti İçəri Şəhərdə olub
Qonağı qarşılayan “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov idarənin fəaliyyəti barədə və Polşa memarlarının Bakının memarlığında qoyduqları iz haqqında informasiya verib.
İdarədən Lent.az-a verilən məlumata görə, B. Komorovskinin Bakının qədim hissəsi ilə tanışlığı Əliağa Vahid bağında qəzəlxan barədə məlumat verilməsi ilə başlanılıb, “Şirvanşahlar Sarayı Kompleksi”nə daxil olan binaların hər birinin təyinatı və memarlıq xüsusiyyətləri barədə məlumat verilməsi ilə davam edib. Kiçik Qala küçəsində cənab Komorovski Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.
Polşa prezidentinə YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu olan Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilib və qonaq yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanış olub.
Qonaq Asəf Zeynallı küçəsində yerləşən XV əsrdə tikilmiş və Şirvanşah I Xəlilullah tərəfindən Bakı sakini Qasım bəyə və onun varislərinin istifadəsinə verilmiş İkimərtəbəli Karvansara barədə məlumatlandırılıb. Qeyd edilib ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, qədim tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur. Eyni zamanda burada həyata keçirilən bərpa işləri barədə informasiya verilib.
Prezident İçəri Şəhərin məscidlərindən biri olan 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olub.
Sonda cənab Komorovski ötən il bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub və İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazıb.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23