Rumıniyanın mədəniyyət və milli irs naziri Azərbaycana gəlir
25 iyul 2011 18:38 (UTC +04:00)

Rumıniyanın mədəniyyət və milli irs naziri Azərbaycana gəlir

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, rumıniyalı nazirin paytaxt Bakıya səfəri 28-31 iyul tarixlərində gerçəkləşəcək. Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin həmkarını qəbul etməsi planlaşdırılır.


Görüş zamanı Azərbaycan ilə Rumıniya arasında mədəniyyət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, dinamik inkişafı, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və digər mövzular müzakirə olunacaq, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bakıya səfər zamanı nazir Hunor Kelemenin Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməsi, İncəsənət Muzeyinə baxış keçirməyi, “İçərişəhər” Dövlət Qoruğu ilə tanış olmağı, həmçinin Qəbələ Beynəlxalq Musiqi Festivalında qonaq qismində iştirak etməyi nəzərdə tutulur.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar