“Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” – FOTO
Lent.az-ın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan – doğma diyar” adı altında keçirilən Azərbaycanda yaşayan Milli Azlıqların İncəsənəti III Respublika Festivalı çərçivəsində baş tutub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Azərbaycanda yaşayan xalqların mahnıları” CD-si 5 dildə hazırlanıb və bu disk ikinci buraxılışdır: “Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə gerçəkləşdirilən bu cür tədbirlər böyük əhəmiyyət kəsb edir. Mədəniyyətin bütün sahələri üzrə çalışırıq ki, Azərbaycanda yaşayan hər hansı azsaylı və ya çoxsaylı millətlərin adət-ənənələrini, yaradıcılıq potensialını, mədəni irsini qoruyaq. Eyni zamanda bütün bunlar gələcək nəsillərə çatdırılmalıdır. Bilirsiniz ki, biz ənənəyə sadiq qalaraq artıq üçüncü dəfədir ki, azsaylı xalqların böyük mədəniyyət festivalını keçiririk və bu gün artıq ikinci diskin buraxılmasına nail oluruq”.
Nazir qeyd edib ki, bu silsilədən birinci disk üç il bundan əvvəl hazırlanıb və həmin CD Azərbaycanda real olaraq milli siyasətin gözəl bir nümunəsinə çevrilib: “Avropa Şurası tərəfindən də bu diskin buraxılması yüksək qiymətləndirildi. Bu iş davam olunacaq. İnanıram ki, bu festivalda çoxsaylı yeni adlar, maraqlı təqdimatlar ortaya çıxacaq və biz onları tanıyacağıq. Sabah festivalın bağlanış mərasimidir və bu tədbir Ümumdünya İnsan Hüquqlarının müdafiəsi günü ilə üst-üstə düşür. Bu da olduqca əhəmiyyətlidir”.
Daha sonra Azərbaycanda yaşayan xalqların mahnıları” diski təqdim olunub. “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov disk barədə məlumat verib. Diskə kiçik məlumat kitabçası da daxildir.
Dəyirmi masa digər çıxışlarla davam edib.
Xəyalə

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55