Azərbaycan kitabxanaçıları XVIII Beynəlxalq kitabxana konfransına qatılıb
Ukrayna Respublikasının Krım vilayətinin Sudak şəhərində “Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində” XVIII Beynəlxalq kitabxana konfransı keçirilib. Konfransa digər ölkələrlə yanaşı Azərbaycan kitabxanaçıları da qatılıb. Sözügedən konfransda Azərbaycanın kitabxana-informasiya sahəsini Mədəniyyət və Turizm Nazirliyi, Prezident Kitabxanasının kitabxanaçıları təmsil edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, konfrans çərçivəsində “Kitabxana və cəmiyyətin elektron informasiyası, informasiya əsrinin yeni onilliyində bizi nə gözləyir?”, “Gənc kitabxana mütəxəssisləri, yeni nəsil-yeni baxış”, “Uşaq və yeniyetmələrdə qiraətlə bağlı çətinliklər”, “Elektron kataloq və elektron kitabxanaların yaradılması üzrə Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tədris dərsləri” mövzular üzrə seminar, dəyirmi masa, sərgi və prezentasiyalar xüsusi maraqla qarşılanıb. Milli informasiya resursları, kitabxana fondları və onların qorunması, kitabxanalararası əməkdaşlıq, kitab ticarəti, kitab nəşri, online texnologiyaları, CD-ROM, elektron nəşr, internet və kitabxanalar, kitabxanalarda avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri, standartlar və s. kimi mövzular üzrə dəyirmi masalar təşkil olunub.
Konfransın dördüncü günü Azərbaycan kitabxana mütəxəssisləri İ. Qaspirinski adına Krım-tatar kitabxanasının Türk dünyasının aşıq poeziyasının nümayəndəsi Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar “Şair doğulmuşam mən...” mövzusunda keçirilən tədbirdə iştirak ediblər. Tədbirdə Aşıq Ömərin həyat və yaradıcılığında maraqlı faktlarla yanaşı bütün türk xalqının aşıq sənət adamlarının adları qeyd olunub.
Azərbaycan aşıq yaradıcılığı haqqında çıxış edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov Azərbaycan Aşıqlar Birliyinin yaranması, 2009-cu ilin may ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr şəhərində Azərbaycan aşıqlarının təşkil etdiyi konsert və digər tədbirlər haqqında danışaraq, Azərbaycanın aşıq sənətinin tanınmış nümayəndələrinin yaradıcılıqları və onların irsinin kitabxanalarda təbliği barədə geniş məruzə edib. Həmin tədbirdə C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının veb saytı və kitabxananın nəzdində yaradılan Rusiyanın İctimai Hüquqi İnformasiya Mərkəzi, habelə kitabxanada keçirilən tədbirlərə dair slaydlar nümayiş olunub.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası və İ. Qaspirinski adına Krım-tatar kitabxanası gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələsini də razılaşdırıblar.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11