Aşıq Alının 210 illiyi qeyd olunub
Lent.az-ın məlumatına görə, “Mahalım Göyçədi, əslim Qızılvəng” adlı təntənəli yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Alının həyat və yaradıcılığına nəzər salıb, onun aşıq sənətindəki danılmaz xidmətlərindən söz açıb. Zəlimxan Yaqub Aşıq Alının Azərbaycan aşıq sənətində ən görkəmli yetirmələrindən olan Aşıq Ələsgərin adını xüsusi qeyd edib. Şair çıxışında Aşıq Alı və Aşıq Ələsgər yaradıcılığına da müraciət edib.
Daha sonra aşıqlardan Mahmud Məmmədov, Fətulla Əliyev, Ələddin Göyçəli, Mais Gəncəli, Bəhmən Göyçəli, Fəzail Miskinli, Ağamurad İsrafilov, Ədalət Dəlidağlı, Cahangir Quliyev, Xanlar Xəlilov, Məhərrəm Hüseynli, Azər Xanlaroğlu və digərlərinin ifasında maraqlı çıxışlar olub.
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan yubiley gecəsi anşlaqla baş tutub.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06