Rəsul Rzanın “Çinar ömrü” – FOTO
Lent.az-ın məlumatına görə, Azərbaycan Televiziyasında istehsal olunan filmin ssenari müəllifi Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Eldar Məmmədovdur.
Təqdimat mərasimində AYB sədri Anar, AzTV-nin rəhbəri Arif Alışanov, millət vəkilləri Fəttah Heydərov, Elmira Axundova, Gülər Əhmədova, xalq şairi Ramiz Rövşən və digər tanınmış mədəniyyət, incəsənət xadimləri iştirak edib.
İlk olaraq teatrşünas İlham Rəhimli film barədə məlumat verib. O, filmin adına da açıqlama gətirib: “Rəsul Rzanın ən çox sevdiyi ağaclardan biri xan çinar olub. Bundan başqa Göyçayda çinar ağacları ilə zəngin olan bir rayondur. Bir də çinar ən uzun ömürlü ağaclardan sayılır. Rəsul Rzanın yaradıcılığı da çinar qədər uzun ömürlüdür”.
Filmin ssenari müəllifi, xalq yazıçısı Anar isə filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “Çinar ömrü” Rəsul Rzanın həyat və yaradıcılığından geniş şəkildə bəhs edir. Filmdə sənədli, xroniki materiallardan, şairin canlı görüntülərindən, müsahibələrindən, öz ifasında səsləndirdiyi şeirlərdən, istifadə olunub. Bununla yanaşı filmdə aktyorlardan Elşən Rüstəmov, Məmməd Səfa, Vidadi Əliyev, Rövşən Kərimduxt da çəkilib.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06