Çingiz Abdullayev plagiatlardan şikayətləndi
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev əsərlərinin plagiat yolla Azərbaycan dilinə tərcümə olunaraq, kitab şəklində satışa çıxarılmasından narazıdır. Yazıçı bunun qarşısının alınması üçün müvafiq dövlət qurumlarına müraciət edəcək. Lent.az-ın məlumatına görə, bunu yeni kitabının təqdimatında çıxışında Çingiz Abdullayev özü deyib.
Yazıçı qeyd edib ki, əsərlərinin Azərbaycan dilinə tərcümə olunması üçün rəsmən iki şəxsə icazə verib: “Ancaq yeni əsərlərim çapdan çıxandan bir həftə sonra onların Azərbaycan dilində satıldığını görürəm, hamısı plagiatdır. Kompüterdə hazır tərcümə proqramları vasitəsilə tərcümə olunur və çox aşağı səviyyədə olur. Buna heç tərcümə də demək olmaz. Bu, həm də oxucu zövqünün korlanmasına gətirib çıxarır”.
Artıq neçə ildir, bu cür hallardan narahat olduğunu diqqətə çatdıran xalq yazıçısı problemin aradan qalxması, belə kitabların satışdan çıxarılması üçün lazımi instansiyalara müraciət edəcək.
Çingiz Abdullayev onu da əlavə edib ki, nəşriyyatların biri ilə danışıqlar aparılıb. Yaxın vaxtlarda onun Azərbaycan dilində olan əsərləri bir seriya şəklində çap olunacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30