“Eurovision”un keçiriləcəyi şəhərdə Azərbaycan musiqisi səslənəcək
“Hər bir azərbaycanlı konsertə norveçli və ya hər hansı əcnəbi dostu ilə gəlsin”
İyunun 13-də Norveçin paytaxtı Oslo şəhərində Azərbaycan musiqisindən ibarət konsert olacaq. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Norveç Azərbaycanlı Gənclər Təşkilatının təşkil etdiyi konsertdə Elməddin İbrahimov (muğam ifaçısı), Sahib Paşazadə (tar) və Toğrul Əsədullayevdən (kamança) ibarət muğam üçlüyü ilə yanaşı, müğənnilər Lalə Məmmədova, Rəşad İlyasov, Əfqan Rəsul və digər incəsənət xadimləri çıxış edəcəklər. Konsertdən sonra Norveç Azərbaycanlı Gənclər Təşkilatının Polşalı üzvü Justyna Rozadskanın hazırladığı ”Müasir və Qədim Azərbaycan” və “FOCUS: Norveç və Azərbaycan Gənclərinin Dostluq və Əməkdaşlığı”na həsr olunmuş fotosərgilərin açılışı olacaq. Sərgidə Güney Azərbaycana, Bakı və Osloya həsr olunmuş rəsmlər də nümayiş etdiriləcək. Sərgidə qonaqlara Azərbaycan şirniyyatı təqdim olunacaq. Norveç Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Ramil Əliyevin verdiyi xəbərə görə, bu cür konsert və sərgilərin keçirilməsindən məqsəd Norveçdə yaşayan soydaşlarımızı bir araya gətirmək və onlara həm klassik muğam, həm də müasir Azərbaycan musiqisini yüksək səviyyədə təqdim etməkdir. Belə layihələr həmçinin Azərbaycan mədəniyyətini norveçlilərə və Norveçdə yaşayan əcnəbilərə tanıtmaqda da böyük rol oynayır. Buna görə də Norveç Azərbaycanlı Gənclər Təşkilatı Osloda yaşayan soydaşlarımıza maraqlı bir müraciət ünvanlayıb. Müraciətdə xahiş olunur ki, hər bir azərbaycanlı konsertə norveçli və ya hər hansı əcnəbi dostu ilə gəlsin.
Qeyd edək ki, konsertə və sərgiyə qatılan qonaqlara Azərbaycanın bu gününə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə dair kitablar, jurnallar, eləcə də ölkəmizin turizm imkanlarına aid materiallar təqdim olunacaq.
Pərvin ABBASOV

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11