Aşıq Ədalət: “Mənə zəhər verdilər...” - MÜSAHİBƏ
Lent.az-ın “Persona” rubrikasının qonağı Aşıq Ədalət kimi tanınıb məşhurlaşan Ədalət Nəsibovdur. Aşıq Ədalət acılı-şirinli həyat yolundan, sənətdən, arzu və istəklərindən danışdı...
- Aşıq Ədalət necə yaşayır?
- Dolanmadan narazılığım yoxdur. Çünki elim-obam, xalqım sənətimə hörmət qoyur, məni dolandırır. Yeganə problem Bakıda evlə bağlıdır. Həm də dövlət nə zaman hansı xarici ölkəyə istəyib, ora getmişəm. Azərbaycanı layiqincə təmsil etmişəm. Mənim ev almağa haqqım varmı? Bu qədər sənət yoldaşlarım ev-eşik sahibi olur, mən ağsaqqal sənətkar 12 ildir kirayədə yaşayıram. Bir az bundan narazıyam. Yoxsa dolanmam da, camaatın mənə münasibəti də yaxşıdır.
- Saza münasibətiniz necədir, dəyişib, yoxsa elə əvvəlki kimidir?
- Mənim saza münasibəti dəyişməyib. Onu heç kəs görməyəcək. Amma mən qara sazı özümlə dəfn etdirəcəm. Fikrim qətidir.
- Səbəb nədir?
- Qalmasın sazım. Elə sənətkar yoxdur ki, bu sazla mənim adımı doğrultsun. Mən o sazın arxasında 70 il əziyyət çəkmişəm. İndi sazım bir nadanın əlinə düşsün... Mən buna qətiyyən yol vermərəm, qəbrimdə od tutaram.
- Bu qədər bağlı olduğunuz sənətə gəlişiniz necə olub?
- İlk dəfə sazı 5 yaşımda əlimdə götürmüşəm. 10-12 yaşımda artıq mən məclislərə, toylara, mağarlara, xalqımın şad günündə tədbirlərə dəvət olunmuşam.
- Sizi ilk dəfə sazla tanış edən, bu sənətin incəliklərini öyrədən kim olub?
- Mən anadan olandan bu sazı, sənəti öyrənmişəm. Amma atam, pinəçi Məhəmmədəli bir az, 20 faiz saz çalmaq bilirdi. O, müəyyən qədər bildiyini öyrətməyə çalışıb.
- Evinizdə saz olub?
- Evimizdə çox saz olub. Bir çox ustadlar sazlarını bizim evə gətirib, divardan asıblar. Mən də ayağımın altına stul qoyub, o sazları düşürməyə çalışanda bir neçə dəfə qırmışam. Rəhmətlik Aşıq Müsəllimin, Aşıq Söyün Sarıyevin, Aşıq Məmmədyarın sazını qırmışam.
- O ustadlar sazlarını niyə sizin evinizə gətirirdilər?
- Atam aşıqpərəst adam idi. Sazlarını bizə qoyub, atamla 1-2 saatlığa şəhərə gedirdilər.
- Bu sənətin zirvəsinə nə zaman qalxmağı bacardınız?
- Məni Azərbaycan xalqı 1950-ci ildən görür. 10 yaşımdan başlayaraq xalq bağrına basırdı. Bakıdan vəzifəli insanlar, mədəniyyət xadimləri gəlirdilər. Məni birinci dəfə Bakıya gətirən rəhmətlik akademik Aslan Aslanov olub. O, məni evində 1 ay saxlayıb. Məni birinci dəfə radioya, televizora da o çıxarıb. Səməd Vurğun, İsmayıl Şıxlı, Hüseyn Arif, Osman Sarıvəlli də Azərbaycanın böyük ağsaqqalları, dahiləridir. O insanlar aşıq sənətini, sazı öz canları qədər istəmiş insanlardır, mənə həmişə xüsusi diqqət yetiriblər.
- Səməd Vurğun ilk dəfə sizinlə nə vaxt maraqlanıb?
-12 yaşım vardı. Səməd Vurğun bir qocaman aşığa deyib ki, bir körpə aşıq var, bir onu da gətir, qulaq asaq. Gəlib mənə dedi, “baş üstə” dedim. Getdik, çalıb-oxuduq. Məni yüksək səviyyədə bəyəndi. İkinci dəfə Şinkar bulağı başında görüşdük. Orada Səməd Vurğun mənə “Beçə” ləqəbi qoydu. Dedi ki, sağ ol, a Beçə, anan ölməsin, a Beçə! Elə o vaxtdan sonra böyük, mötəbər adamların çoxu mənə Beçə deyirdilər. O vaxt da yaxşı oxuyurdum, səsim parovoz kimiydi. Səsimə görə də mənə Beçə demişdi. Bir müddət o ləqəblə gəzdim.
Bir xatirə yadıma düşür. Rəhmətlik Səməd əmi bir gün Qazaxda “Pobeda” maşını ilə yoldan keçirdi. Yoldaşlardan kimsə deyir ki, bu, Beçə dediyinin atasıdır. Düşdü. Mən bunu arxadan gözümlə gördüm. Atama deyir ki, saz çalan o uşağı mənə ver. Atam da müharibədən gəlmişdi, bir qolu yox idi. Bir əli ilə pinəçilik edirdi. Başını qaldırır, deyir ki, ay qardaş, o, mənim gözümün ilk ovudur, verə bilmərəm. Mən atama ayaqqabı tikməkdə də kömək edirdim. Bir əli ilə sapı salırdı, o biri əli olmadığı üçün çəkə bilmirdi, dişi ilə çəkirdi. Mən atamın yanında oturub ona kömək edirdim. Səməd Vurğuna deyir ki, mənə həm də işimdə kömək edir. Səməd Vurğun cibində böyük bir dəstə pul çıxarıb qoydu, dedi ki, uşaqdan muğayat ol.
Bir neçə dəfə Osman Sarıvəllinin də evində olmuşam. İsmayıl Şıxlını, Hüseyn Arifi də mən onlardan seçmirəm, hamısına Allah rəhmət eləsin. Hüseyn Arif də bir aləm idi. Onlar hamısı məni əzizləyib, hörmət ediblər. Biri mənə pencək alıb, biri başqa bir şey alıb. Qəbirləri nurla dolsun.
- O səs necə oldu?
- İndi məndə aşıq səsi var. Aşıq sevən insanlar, bütün aşıq yoldaşlarım mənim havacatımı bilirlər. Mən indi pəsdən oxuyuram, oxuduqlarım xoşəgələndir, motivim düzdür, səsimdə şirinlik var. Amma daha o səs qalmadı. Ola bilsin, cavan idik, həddi-buluğa çatmamışdıq, o səs qalmadı, batdı. Sonra mənə zəhər verdilər, boğazım, səs tellərim deşildi.
- Bu hadisə nə vaxt olub?
- Lap çoxdan, 50-55 il qabaq.
- Zəhəri sizə necə vermişdilər?
- Bilmədim. Atam yazıq məni yük maşını ilə Gəncəyə gətirdi. Əmirov və Hüseynova soyadlı həkimlər vardı. Onlar mənə bir az müalicə yazdılar. Sonra atama dedilər ki, əziyyətdən keçib, uşağı Bakıya apar. Mənə Bakıda Topçubaşov baxdı. Atama deyib ki, bu uşaq nə yaxşı ölməyib! Boğazım xəlbir kimi deşik-deşik olubmuş. Professor mənə dedi ki, 1 il sənə danışmaq qadağandır. Bir adamdan çay istəyirsənsə, yaz, versin. Mən də 5-6 ay dözdüm, sonra özümü saxlaya bilmədim, danışmağa başladım. Bəlkə elə ondan da oldu.
- Ancaq yadınıza düşmədi ki, zəhəri kim sizə və hansı şəraitdə verib?
- Nə bilim... Gündə 50-100 adamla oturursan. Bir-iki adamdan şübhələndim, ona da göydən Allah baxır, Allah adamın günahını bağışlamaz. Durub deyim ki, filankəs zəhər verib, o da olmaz.
- Qazaxdan Bakıya gəlmisiniz. Ab-havanın dəyişdiyini hiss edirsiniz?
- Bakı bizim anamız, döyünən ürəyimizdir. Bu şəhərə qanan da, qanmayan da, ağıllı da, dəli də, qoçu da, qorxaq da, möhtərəm adam da, yaltaq da gəlir. Onların hamısına Bakı qol-qanad açır. Ancaq mənə Bakının havası düşmür, 12 ildir, bu havaya uyuşa bilmirəm. Dağ yerləri, çayın, bulağın, Kürün qırağı tamam başqadır.
- Belə başa düşdüm ki, Bakıda uşaqlara görə qalırsınız?
- Səbəbsiz aşıq ağlamaz. Bir az rayonda çətinlik oldu, mən də bir az xəstə oldum. Rayonda qaz, işıq olmadı, canım da naxoş olduğu üçün əziyyət çəkdim. Axırda dostlar, yoldaşlar dedilər ki, gəl Bakıya, özünü müalicə etdir. Elə də gəldim, Bakıda qaldım.
Yoxsa
Mən ellər bağında ötən bir quşam,
Mən şana-şöhrətə satılmamışam...
Yoxsa şəhərə niyə gəlirdim? Özümə görə daxmam, qapım-bacam, dostum var. Səhər çıx, Kürün qırağında hava gül kimi, qarmağı at, otur orada, günün gəlib keçsin, özün üçün şeir yaz. Bir də var ki, Bakıda gəlib oturasan, getməyə yer yox, əksər yeri tanımıram. Elə çıxdığım Nəriman Nərimanov metrosunun yaxınlığındakı parkdır. Bayaq yolda gələndə 2 saatdan çox gözlədim. Dözə bilmirəm, amma bundan sonra geri qayıtmaq da gecdir. Ona görə də ərizə yazıb, ev problemi barədə prezidentə və onun xanımına məlumat vermişəm. Müəyyən yerlərdə, Mədəniyyət və Turizm Nazirliyində qol çəkilib, indi deyirlər ki, Fatma Abdullazadədədir. Ümid edirəm ki, arzumu gözümdə qoymazlar, mənzil verərlər. Onu da gözləyirəm.
- Övladlarınız nə edir, aşıq sənəti ilə maraqlananı varmı?
- Ortancıl oğlum, 7-ci sinfi qurtaran nəvəm yaxşı saz çalır. Üstündə dursam, nəvəmi özüm qədər edərəm. Ancaq istəmirəm ki, aşıqlıq etsin. Ondan Ədalət olmayacaq. İstəmirəm ki, uşaq gününü keçirsin. Beş övladım var, hamısı ali təhsillidir, hərəsinin öz işi-gücü, evi-eşiyi var. Qızımın biri Bakıda yaşayır, ailəsi, evi var. Oğlum Hekayət də 30 ildir ki, Bakıda yaşayır, hər bir şəraiti var. Mənə dedi ki, gəl bizimlə qal. Mən ağsaqqal adamam, yoldaşımı, nəvəmi də gətirmişəm, kirayədə oluruq. Dedim ki, əziyyət vermək istəmirəm. Biri var ki, öz evin ola, istəyəndə soyunasan, istəyəndə geyinəsən. Bəzən bir acıqlanmağın olur. Ona görə də oğlumun evinə getmədim.
- Çılğın xarakteriniz sizə həyatda mane olmayıb ki?
- O qədər! O qədər insanlar məndən inciyib ki! Bu iş belədir, mən də düzünə danışmışam. Həyatımda yalan danışmamışam. Yalan söz eşidəndə sakitcə o stoldan durub gedirəm. 75 yaşıma çatıram, sənətkaram, prezident təqaüdçüsüyəm, əməkdar incəsənət xadimiyəm. 9-cu, 10-cu dünya festivallarında iştirak edib, qızıl medallara layiq görülmüşəm. 50 dəfə Moskvada çıxış etmişəm. Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Mirzə Ələkbər Sabirin yubileyində iştirak etmişəm.
- Mənə elə gəlir ki, çılğın xarakterinizi qəbul etməsəydilər, ailə həyatı sizin üçün çətin olardı...
- Bunları deməyəndə olmur, deyəndə də mənə ziyan edir. Sən mənim bədənimdə olan axırıncı qanı çəkmək istəyirsən. Bu ailədir, mənimlə yola getmir, xoş getdin, mən buyam! Səninki səndə, mənimki məndə. Xoşun gəlir, otur, dolanaq, Allah verən bir parça çörək, paltar tapaq, dolanaq. Ailə ilə bağlı mənim problemim olub. Məni başa düşməyib, onunla qurtarmışam. Demişəm ki, sazımı hansı xalçam qiymətlidirsə, onun üstünə qoy. O sazı evin küncünə, qapının yanına qoyub. Ora saz qoyular? Saz Türk dünyasının, Azərbaycan xalqının simvoludur! Bu, mənim varlığım, namusum, qeyrətimdir! Mən deyirdim ki, sazın altına balış qoy ki, yeri yumşaq olsun. O da aparıb başqa yerə qoyanda alınmadı. Mən də hər şeyi buraxdım, çıxıb gəldim. İndi ikinci yoldaşımdır, 25 ildir yaşayıram, savadlı insandır. O məni, mən də onu başa düşürəm. Hələ elə olur ki, deyirəm, sazı bura qoyum, deyir yox, ver qucağımda tutum. Ona görə də dolanırıq.
- Bu yaxınlarda yaradıcılıq gecəniz keçirildi. Təşəbbüskar kim oldu?
- Allah canına dəyməsin, təşəbbüskar gözəl insan, təmiz qəlb sahibi Zəlimxan Yaqub oldu. Dedi ki, gəl, belə bir şey edək. Dedim, vallah, lazım deyil. Dedi, sənin nə işin var, Aşıqlar Birliyinin sədri kimi bu işi edirəm. Razılaşdım. Mənim yoldaşlarım, tay-tuşum yoxdur, mən tək qanadam. Yoldaşlarım, tay-tuşlarım rəhmətə getdilər. Təki onlarla dünyamı dəyişəydim, qalmayaydım. İndi nadan-madan uşaq-muşaq, hər ərinə acıq edən arvad xeylağı bir saz götürüb, hər arvadından küsən, evsiz-eşiksiz qalan bir saz götürüb, Bakının canına düşüb. Çayxana qalmır, bar qalmır, park qalmır, dənizin qırağı qalmır, harada olur, gedib 10-20 manat qazanır... Mənim yoldaşlarım onlar deyil. Yoldaşlarım Aşıq İmran, Aşıq Əkbər, Aşıq Mikayıl Azaflı, Aşıq Zeynal, Aşıq Hüseyn Cavan idi, Allah onlara rəhmət etsin. İndi görək hansı aşıq var?! Zəlimxan Yaqub məni yanından buraxmır, deyir ki, mən deyəni sən, sən deyəni mən başa düşürəm. Hər saz götürüb ortaya çıxana aşıq demək olmaz. Olmaz axı! Ustada qulluq etmək, ustaddan dərs almaq lazımdır. Aşıq Ədalətin kasetini ortaya qoyur, gecə-gündüz qulaq asır. 50-60 dəfə oxşadır. İndi görürəm ki, istifadə edirlər. Qarmon, tar çalanlar da onu kimi. Nə deyəsən! Öyrənin! 8-10 tonluq filə top oynadırlar, indi nə var Ədaləti öyrənməyə. O vaxt savad, elm, radio, televizor yox idi. 1 sənətkar axtarırdılar ki, bir hava çala. 3-cü sinfi qurtaranda məni rayondan Bakıya, Bakıdan da Moskvaya olimpiadaya yazdılar. Dövlət Filarmoniyasında da qızıl medala layiq görüldüm. Tarçalan Fikrət vardı, atasının adı Alı idi, anasının da adı Xanım idi. Bayraməli İsgəndərov vardı, ikinci katib idi. Ali Sovetə seçilmişdi. Həmin Fikrəti çağırdı, dedi ki, Ədalətdən muğayat ol. Elə günlər görmüşəm…
İndi məhərrəmlikdir, 1 xanəndə tapa bilmirsən. Hamısı bu saat Rusiyadadır. Bir də məhərrəmlik qurtarandan sonra görəcəksən ki, gəldilər, dənizin qırağı doldu. Bu, mənə yaraşmaz. Səhhətim də yaxşı deyil. Bir də görürsən, 5 gün yaxşı oluram, 7 gün nasazlayıram.
Yuxarıda da dedim. mən Üzeyir Hacıbəyovun, Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin, Ələsgərin, Səməd Vurğunun və başqalarının yubileyində olmuşam, Moskvada dəfələrlə Böyük Teatrın səhnəsində, Çaykovski zalında çıxış etmişəm. Mən bundan artıq nə etməliyəm ki! Bunlar da gəlib çayxanalarda çıxış edirlər.
- Arzunuzu bilmək istərdik.
- Əgər mənzil şəraitim düzəlsə, özümü 20-25 yaşlı bir oğlan kimi hiss edərəm. İnşallah, ev şəraitimin düzələcəyinə də əminəm. Hüseyn Arif deyir ki:
Dəyişməyib təbiətim,
Hələ kefim çağdı mənim.
Ürəyimdən şikayətim yoxdur. Məndə olan ürək ki var... Elə bir aparat ola, ürəyimin nə istədiyini bilə. Bu saat mənim ürəyim 20 yaşlı oğlanın ürəyindən ötkəmdir...
Ramiz Mikayıloğlu

2393