Əbülfəs Qarayev: “Biz artıq teatr daxili islahatlara başlamışıq”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gənc Tamaşaçılar Teatrının baş rejissoru ilə aktyor Nicat Kazımov arasında baş verən qalmaqala münasibət bildirib. Lent.az-ın məlumatına görə, nazir bunu teatr daxili məsələ hesab edib və teatr daxili islahatlar nəticəsində hər şeyin yoluna düşəcəyini bildirib: “Biz artıq teatr daxili islahatlara başlamışıq. Heç kəs gözləməməlidir ki, bu islahatlar çərçivəsində hər şey hamar keçəcək. Kiminsə peşəkarlıq səviyyəsinə tənqidi baxış ola bilər. Teatrlarda bu islahatlara hazır olmayan aktyorların olması da mümkündür. Buna təəccüblənmək lazım deyil, təbii prosesdir, bunlar axarına düşəcək, zaman bunları yerinə qoyacaq. Ancaq biz bu islahatlardan vaz keçən deyilik”.
Nazir deyib ki, Gənc Tamaşaçılar Teatrında cəmi bir il fəaliyyət göstərən kollektiv bu müddət ərzində maraqlı işlər təqdim edə bilib: “Sözsüz ki, çətinliklər olacaq. Ancaq biz bu işi davam etdirəcəyik. Rus Dram Teatrında islahatlar keçirdik, yeni kollektivi formalaşdırdıq. Son dövrlər baş verənlər isə teatr daxili məsələlərdir”.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27