“Nizami” kinoteatrından sonra növbə “Azərbaycanfilm”ə çatacaq
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmir olunması məsələsinə “Nizami” kinoteatrının yenidən qurulması başa çatdırılandan sonra baxılacaq.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, “Nizami” kinoteatrından sonra növbəti mərhələdə “Azərbaycanfilm” kinostudiyası təmir olunacaq: “Dövlət Film Fondunu təhvil verdik. Bu ilin sonuna kimi ora yeni laboratoriya avadanlığı gətiriləcək. Bu da bizə imkan verəcək ki, qədim lentlərdə olan filmləri yeni səviyyəyə qaldıraq, yəni bərpa edək. Eyni zamanda Nizami kinoteatrının bərpası tamamlanacaq. Biz nəzərdə tuturuq ki, Novruz bayramına qədər bu kinoteatr fəaliyyətə başlasın. Bundan sonra “Azərbaycanfilm” kinostudiyasının bərpasına başlanıla bilər”.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27