“Azdrama”da islahatlar aparmaq üçün xüsusi komissiya yaradılıb
Azərbaycan Dövlət Dram Teatrı daxilində islahatların aparılması üçün xüsusi komissiya yaradılıb.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan müvafiq komissiya bu islahatların həyata keçirilməsinə nəzarət edəcək. Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, tətbiq olunacaq yeniliklər Azərbaycanın bütün teatrlarına şamil olunacaq: “Buna təəccüblənmək lazım deyil. Biz istəməzdik ki, yeni bərpadan çıxan teatra köhnə ab-hava, köhnə mühit daxil olsun. Yeni yaradılacaq teatr kollektivi yeni əsərlər təqdim etsin. Bizim zəngin adət-ənənələrimizlə teatr məktəbinin zəngin nailiyyətləri əsasında artıq yeni bir mərhələyə qədəm qoymağa hazırlaşırıq. Nazirlik tərəfindən bunun üçün xüsusi komissiya yaradılıb. İslahatlar gedir, bu prosesdə udanlar da, uduzanlar da var. Bu islahatlar çərçivəsində baş rejissoru qismində yox, müxtəlif ölkələrdən yeni tamaşaların hazırlanması üçün rejissorlar cəlb olunacaq”.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27