Amaliya Pənahova: “Ola bilməz ki, 55 teatrdan yalnız biri çıxdaş olsun”
“Son illər teatr binalarının təmiri, yeni avadanlıqlarla təchizatı çox yaxşıdı, ürəkaçandı. Bunu danmaq olmaq. O insan cılızdı ki, yalnız özünü görsün. Yəqin ki, növbə bizə də çatacaq”.
Bunu Lent.az-a açıqlamasında Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova deyib. Aktrisa Bakı Bələdiyyə Teatrının da bina ilə təmin olacağına ümidvar olduğunu dilə gətirib: “Belə getsə, mən inanıram ki, Bakı Bələdiyyə Teatrının da binası olacaq, olacaq da. Ola bilməz ki, 55 teatrdan yalnız biri çıxdaş olsun. Bu, mümkün olan şey deyil. Mədəniyyət və Turizm Nazirliyindən də məni görəndə deyirlər ki, bina olacaq. Mən inanıram ki, bizə də vaxt gəlib çatacaq. Bu baxımdan ümidsiz deyiləm. Amma əlbəttə yersiz, şəraitsiz çətindi”.
Amaliya Pənahova onu da bildirib ki, teatr 19-cu mövsümünü Anarın “Qaravəlli” komediyası ilə açacaq. Teatr bu əsərlə və Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşası ilə artıq 3 ildir “Yeni teatr” başlığı altında keçirilən festivalda da iştirak edəcək.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27