
Fərhad Bədəlbəylinin fotoları Ukraynadan Bakıya göndəriləcək
Keçmiş “Sovet musiqisi” nəşriyyatının əməkdaşı Dövlət Film Fonduna Azərbaycanın görkəmli musiqiçiləri ilə bağlı foto sənədlər təqdim edəcək. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Lent.az-a bildirib ki, ilk sənədlər Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, pianoçu Fərhad Bədəlbəyliyə aiddir: “Bütün o foto sənədlər hazırda Ukraynadadır. Çünki “Sovet musiqisi” nəşriyyatının əməkdaşı Ukraynada yaşayır. Yaxın günlərdə sənədlər fonda göndəriləcək. Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində belə bir razılığa gəlmək olduqca sevindiricidir. Bu sənədlər mədəniyyətimizin gələcək nəsillərə çatdırılması baxımından da dəyərli sayılır”.
Cəmil Quliyev onu da qeyd edib ki, fond tərəfindən görkəmli rejissorlar Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Rasim İsmayılov, Həbib İsmayılov, Arif Babayev, Eldar Quliyev və digər sənətkarların çəkdikləri filmlərin foto - plakatları bərpa olunub.
Xəyalə
Cəmil Quliyev onu da qeyd edib ki, fond tərəfindən görkəmli rejissorlar Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Rasim İsmayılov, Həbib İsmayılov, Arif Babayev, Eldar Quliyev və digər sənətkarların çəkdikləri filmlərin foto - plakatları bərpa olunub.
Xəyalə
Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27