Üzeyir Hacıbəylinin elmi əsəri Tərlan Seyidovun uşaqlar üçün adaptasiyali nəşrində
Azərbaycan musiqisinin dahi klassiki Üzeyir Hacıbəylinin 125 illiyi ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi musiqi məktəbi şagirdləri üçün yeni dərs vəsaiti dərc etdirib. Bakı Musiqi Akademiyasının Məktəb-studiyasının bədii rəhbəri və direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov tərəfindən nəşrə hazırlanmış vəsait Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsərinin adaptasiyalı nəşridir. Kitabın adaptasiyalı nəşri ideyası təsadüfən yaranmayıb.
T.Seyidovun rəhbərlik etdiyi məktəb-studiyada müxtəlif ixtisaslı gələcək musiqiçilərin ən münasib professional hazırlığı üzrə ardıcıl surətdə eksperimental-metodik iş aparılır. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Məktəb-studiyanı uşaqların musiqi tərbiyəsinin tanınmış mərkəzi adlandıraraq, bunu çoxdan qeyd edib.
Lent.az-ın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən xəbərinə görə, Üzeyir bəyin adaptasiya olunmuş nadir kitabının əsas məqsədi musiqi məktəb şagirdlərini milli köklərə, Azərbaycan xalq sənətinin əsaslarına yaxın etmək, milli musiqi eşitmə və təfəkkürü sahəsində gen yaddaşının bərpa edilib fəallaşdırılmasından ibarətdir. Hazırkı nəşr respublikanın musiqi məktəblərinin ən kiçik siniflərindən başlayaraq Azərbaycan ladlarının öyrənilməsi üçün əlverişli şərait yaratmaq iqtidarındadır.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27