“Koroğlu” operası İstanbul Opera Festivalında
“Koroğlu” operası 22-23 iyulda İstanbul Opera Festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, İstanbulun 2010-cu il üçün Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində 1-ci Beynəlxalq İstanbul Opera Festivalı keçirilir. TÜRKSOY Baş Katibliyinin hazırladığı və 23 iyul 2010-cu il tarixdə Haliç-Konqres Mərkəzində səhnələşdiriləcək “Koroğlu” operası ilə festival başa çatacaq.
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin bu əsəri TÜRKSOY-a üzv olan 6 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstan) 250 sənətçinin iştirakı ilə keçən il Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla səhnələdirilib.
Bu il türk dilində səsləndiriləcək “Koroğlu” operası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər türk ölkələrinin sənətçilərinin iştirakı ilə səhnələşdiriləcək.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Xor Kapellasının artistləri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tədbirdə Azərbaycan Respublikasını təmsil edəcəklər.
Lalə Yusifqızı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27