Respublika gününə Emin Ağalarovdan töhfə
Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov Moskvada 28 May – Respublika Günü münasibətilə konsert verib. “Bakı” kinoteatrında təşkil olunmuş konsertdə müğənni gecə boyu canlı ifası ilə tamaşaçıları sevindirib. Tamaşaçı alqışı ilə dəfələrlə səhnəyə dönən Emin Müslüm Maqomayevin klipi nümayiş etdirildikdən sonra “Mən fəxr edirəm ki, azərbaycanlıyam! Amma ikiqat fəxr edirəm ki, Müslüm də azərbacanlıdır!” - deyib.
Onu səhnədən buraxmayan tamaşaçıları ilə ünsiyyət quran müğənni zarafatla “daha nə oxuyum” - deyib. Səhnə davranışı, tamaşaçı-müğənni ünsiyyəti, səmimiyyəti ilə seçilən Eminin möhtəşəm konserti müəyyən olunmuş vaxtdan bir saat artıq davam edib.
Azərbaycanlılar üçün bu səhnədə ilk dəfə çıxış edən və alqışlarla qarşılanmasından məmnun qalan müğənni böyük sevinc içində olduğunu gizlətməyib.
Konsertdə Rusiyadakı diaspor təşkilatlarının nümayəndələri, ziyalılar, tələbə-gənclər, əcnəbi millətlərdən olanlar və Eminin xanımı, H.Əliyev Fondunun Moskva təmsilçiliyinin rəhbəri Leyla Əliyeva da iştirak edib.
Tünzalə Vəliqızı, Moskva

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27