Gəncədə kitab bayramı keçirilib
Tədbirdə 1000-ə yaxın kitab oxucuların ixtiyarına verilib
Bu gün Gəncədə Mədəniyyət və Turizm Nazirliyi və şəhər İcra Hakimiyyətinin xətti ilə kitab bayramı keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirə ictimaiyyət nümayəndələri, çox sayda şəhər sakini qatılıb. Kitab bayramında çıxış edən ziyalılar kitabın, qiraətin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, artıq 3 ildir Gəncə şəhərində kitab bayramı keçirilir. Hər dəfə bu tədbirlərə marağın daha da artdığı müşahidə edilir. Bu dəfə 1000-ə yaxın kitab oxucuların ixtiyarına verilib.
Tədbirdə da diqqətə çatdırılıb ki, son illər dövlətin diqqəti nəticəsində Gəncəyə dünya ədəbiyyatı incilərini özündə toplayan 40000-ə yaxın latın əlifbasına çevrilmiş ədəbiyyat gətirilib. Bu da kitabxanalara üz tutan oxucuların sayını əhəmiyyətli dərəcədə artırıb.
Çıxışlardan sonra oxucular müxtəlif ədəbiyyatlarla tanış olub. Göygöl Dövlət Mahnı və Rəqs ansamblının üzvlərinin ifasında maraqlı çıxışları izləyib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27