Zəlimxan Yaqub: “Onları Aşıqlar Birliyinin üzvlüyündən xaric edəcəyik”
“Biz aşıq sənətini dünya səviyyəsinə qaldırmaq istəyirik, amma ucuz, yaramaz, xoşagəlməz, camaatın heysiyyatına toxunan adamlar var ki, aşıq sənətindən xəbəri olmaya-olmaya televiziya kanallarına çıxıb, ucuz şoulara qoşulur”. Bunu Lent.az-a açıqlamasında Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub televiziya kanallarında bəzi aşıqların qalmaqallı söhbətlərinə münasibət bildirərkən deyib.
Zəlimxan Yaqub onların adlarını açıqlamağa ehtiyac duymadığını bildirib: “Mənim üçün ad çəkmək problem deyil. Amma ad çəkmək hələ mahiyyət demək deyil. Onların sayı çoxdur. Söhbət iki nəfərdən getmir. Ümumiyyətlə, bu gün aşıq sənətinin müqəddəsliyi, tarixini, kökünü dərk etməyən adamlar – həm dəvət edən, həm də dəvət olunanlar – bu sənətə dəxli olmayan şəxslər aşıq sənətini müzakirə edir. Bu da xalq arasında, el içində, rəsmi dairələrdə o sənəti gözəl bilən ziyalılara pis təsir edir ki, onlar kimdir ağzına gələni danışır. Ustad adamlar, sənətə layiq olanlara yer verilməlidir. Heç bir təcrübəsi olmayan, iki hava bilib, üç qoşma oxuyan adamı ekrana çıxarmaq olmaz”.
Aşıqlar Birliyinin sədri həmin şəxslərə sərt ismarıc da göndərib: “Aşıqlar Birliyinin üzvü olan və tamamilə səhv yolda olan adamlar ikinci, üçüncü dəfə belə hərəkət etsələr, onları avtomatik olaraq birliyin üzvlüyündən xaric edəcəyik. Çünki biz aşıq sənətini yüksəltməklə məşğuluq, endirməklə yox. O cür adamların müqəddəs yerlərdə yeri yoxdur, ola da bilməz”.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27