
Xalq artistiylə kinorejissor məhkəmədə çəkişir
Azərbaycanın xalq artisti, məşhur bəstəkar Xəyyam Mirzəzadə “Dərviş” Prodüser Mərkəzinin direktoru, kinorejissor Əli İsa Cabbarovu məhkəməyə verib. Lent.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edən xalq artisti “Dərviş” Prodüser Mərkəzinin onun müəllif hüquqlarının pozduğunu bildirib. O, pozulmuş müəllif hüquqlarının bərpa olunmasını tələb edib. Belə ki, X.Mirzəzadə mərkəzin direktoru Ə.Cabbarovun ona 10 min manat qonorar, 5 min manat isə kompensasiya ödəməsini istəyib.
Yasamal rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, Ə.Cabbarov X.Mirzəzadəyə 2500 manat qonorar, 500 manat isə kompensasiya ödəməlidir.
Qərarla razılaşmayan X.Mirzəzadə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Pərvin ABBASOV
Yasamal rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, Ə.Cabbarov X.Mirzəzadəyə 2500 manat qonorar, 500 manat isə kompensasiya ödəməlidir.
Qərarla razılaşmayan X.Mirzəzadə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Pərvin ABBASOV
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06