Gəncə Filarmoniyası və “Bakı” kinoteatrı üçün yeni bina tikiləcək
27 yanvar 2010 14:45 (UTC +04:00)

Gəncə Filarmoniyası və “Bakı” kinoteatrı üçün yeni bina tikiləcək

0
Tikintiyə bu ilin martından inşa olunacaq

Gəncə Dövlət Filarmoniyası və “Bakı” kinoteatrı üçün yeni bina inşa olunacaq. Binanın tikintisinə bu ilin martından başlanacaq. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova bildirib. Onun sözlərinə görə, bina “Bakı” kinoteatrının indiki binasının yerində inşa ediləcək. 2010-cu ildə “Nizami” kinoteatrı, “Zərrabi” məscidi və “Uğurlu xan” karvansara abidəsinin təmiri nəzərdə tutulur.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1136

Oxşar yazılar