Dubayda Azərbaycan serialı
12 yanvar 2010 13:30 (UTC +04:00)

Dubayda Azərbaycan serialı

Çəkilişləri artıq bitmək üzrə olan “Ruhların qovuşan yeri” serialı fevral ayında “Lider” kanalının efirində olacaq. Serialın rejissoru Samir Qulamovun Lent.az-a verdiyi məlumata görə, 20 seriyalıq filmin 7 seriyası artıq hazırdı.

Filmin çəkilişlərinin müəyyən qismi Dubayda və Dağıstanda aparılıb.
Serial uşaq evində böyüyən və sonradan oğurlanıb Ukraynaya aparılan şəxsin həyatından bəhs edir. Pis şəraitdə tərbiyə alıb sonradan killerə çevrilən həmin şəxsin başına gələn hadisələr filmdə cərəyan edir.

Cinayətkarlıq əleyhinə olan serialda məhəbbət mövzusu da əsas yer tutub. Serialın qəhrəmanı Rəna Zeynalova adlı jurnalist obrazı ilə eşq yaşayır. Filmdə məşhur reper Hüseyn Dərya da rol alıb. Ekran əsərində həm də məşhur idman ustaları, Mahir Cananov, İlhamə Bədəlova, Kyokuşin Karate Federasiyasının prezidenti Allahverdi Rüstəmov və digərləri də çəkilib. Çəkilişin qalan hissəsinin müəyyən qisminin Kiprdə çəkilməsi də nəzərdə tutulub.

“Ruhların qovuşan yeri” serialı həftədə bir dəfə nümayiş olunacaq.

Serialın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

Lalə Yusifqızı
# 1039

Oxşar yazılar