Alim Qasımov: “Azərbaycanda çıxan albomlardan bir qəpik qazanmamışam”
Lent.az-ın məlumatına görə, bunu dünya şöhrətli xalq artisti Alim Qasımov bildirib. Xanəndə bunu Azərbaycanda albom satışı bazarının kiçik və bu sahədə qayda-qanunun olmaması ilə əlaqələndirib.
Bakıda növbəti konsertinin nə vaxt keçiriləcəyinə gəlincə, xanəndə bunun dəqiq vaxtının məlum olmadığını deyib: “Məndən olsa, 15 gündən bir Bakıda konsert verərəm. Maddiyyatdan əlavə, mənəvi şeylər var ki, onun üçün mənim də ürəyim gedir. Amma konsert vermək üçün ciddi şəkildə çalışmaq, əziyyət çəkmək, ürək qoymaq lazımdır”.
Alim Qasımov onun özünə, sənətinə qarşı səslənən tənqidi fikirlərə münasibət bildirərkən indiyədək etdiklərini əvvəlcədən planlaşdırmadığını söyləyib. Onun sözlərinə görə, bu günə qədər etdikləri stol arxasında oturub düşünülməyib: “Hər biri səhnədə, ifa zamanı doğulan şeylər olub. Çay kimi, qayalardan axaraq, daş-kəsəkdən, çiçəklərdən keçərək gəlib tapılan bir şeydi. Mənə qarşı belə sözlər deyiləndə öz yolumdan qayıtmaq istəsəydim də, qayıda bilməzdim, artıq öz yolumdaydım. Mən ancaq öz işimlə məşğul oldum. Haqq-ədalət də öz yerini tapdı, yəqin tapacaq da. Yüzlərlə sənətkar olur, amma onlardan bir-ikisi özü ola bilir. Özü olan sənətkar öz ölkəsində və xaricdə tanınır, sevilir, həm də tarixin yaddaşında qalır. Tarixin öz qaydası var. Müvəqqəti nəyisə tarixiləşdirmək olar. Amma bu, tarix sayılmır. Tarix özü öz sözünü deyəndə hər sahənin min nəfərindən biri qalacaq”.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27