Nərmin Kamalın yeni kitabı işıq üzü görüb
Kitab ayrı-ayrı hekayələrdən ibarətdir. Hekayələri başdan sona doğru sırayla oxuduqda görünür ki, bu hekayələr arasında bağ var və vahid bir romandır.
Romanda Azərbaycan adlı bir oğlanın həyatından danışılır. Günlərin birində o, özünə belə bir həyat tərzi seçir; öz adıyla özü kimi yaşamaqdan imtina edir, başqa adlarla müxtəlif həyatlar yaşamağa, özündən qaçıb özgələr olmağa başlayır.
Müəllif kitab boyu şəhəri gəzərək onun fotosunu yoldan ötənlərə göstərir. Kimsə fotodakını tanıyaraq onun həyatını bir cür, bir başqası ayn cür danışır, beləcə, eyni bir fotoya baxan onlarla adam onun bir-birindən fərqli həyat hekayələrini nəql edir. Hər hekayə qəhrəmanın bir özgə adını, həyatını üzə çıxarır. Təkcə oxucu deyil, müəllif də mətnin əvvəlindən axırınadək onu axtarır. Bu axtarış mətn bitəndən sonra da davam edir.
Məzmunda çoxlu hadisələr, əyləncəlilik, fəlsəfilik, günümüzün gerçəkləri və absurd, dinamik sosial və psixoloji süjet vəd edən, formada Şərqin mətn içində mətn, Qərbin açıq roman ənənələrinə söykənən bu kitabı satışdan əldə etmək olar.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27