ADU-da Hüseyn Cavidin yubileyi keçirilib –
Azərbaycan Dillər Universitetində Hüseyn Cavidin 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Hüseyn Cavid yaradıcılığı haqda qısa məlumat verib.
Öncə tədbir iştirakçıları Azərbaycanın xalq artisti Yaşar Nurinin vəfatından kədərləndiklərini bildirib mərhumun xatirəsini yad ediblər. Daha sonra Filologiya fakültəsi və Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Hüseyn Cavidin “Topal Teymur” dramından “Qoca bir türkün vəsiyyəti” parçasından Teymurun düşüncələrini səsləndirilib, mahnı və rəqslər nümayiş olunub.
Qeyd edək ki, tədbirdə həmçinin prorektor Azərbaycan prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramının 6.7.1 (“Azərbaycan tələbə kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması) bəndinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən tətbiq olunmuş respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Azərbaycan Tələbə Kartı”nı ADU-nun Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımova, YAP Gənclər Təşkilatının sədr müavini Əli Qənbərliyə, Tələbə Gənclər Təşkilatının sədri Aytəkin Mehdiyevaya və universitetin hər fakültəsindən 4 fəal tələbəyə təqdim edib. Bu kartlar vasitəsilə tələbələr Azərbaycan daxil olmaqla, Avropanın 30-dan artıq ölkəsində mövcud olan 80 mindən artıq ticarət və iaşə müəssisələrinin xidmətlərindən güzəştli istifadə etmək imkanları əldə ediblər.

Oxşar yazılar

Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55
Məhəlləmizdə heç vaxt özgə qızın üzünə baxmazdılar, qeyrət var idi - Çingiz Fərzəliyev
24 iyun 2025 , 15:40