Bakıda cazsevərlərin bayramı başladı
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalının açılış mərasimi olub.
Lent.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində keçirilən festivalın açılış mərasimində çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, indiyədək Bakıda keçirilən Caz Festivallarından danışıb.
Nazir bildirib ki, bu gün caz sənəti Azərbaycan cəmiyyətinin, mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib: “2002-ci ildən Caz festivalı ölkəmizdə təşkil olunur. Son 6 ildə keçirilən festival hökumət dəstək olur. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət Fondunun birgə səyi nəticəsində layihənin həcmi, miqdarı və məzmunu dəyişib, daha da təkmilləşib. Artıq 10-cu dəfə keçirilən bu festival bizə dəyərli anlar verəcəyinə əminəm. Sevindirici haldır ki, bu gün caz musiqisi cəmiyyətimizin, mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Bizim caz ustalarımız rəsmi tədbirlərdə iştirak edirlər. Onlara fəxri adlar verilir. Bu gün cazmenlərimiz Azərbaycanın caz ənənələrini uğurla davam etdirirlər” .
Daha sonra səhnəyə indiyədək 3 dəfə Qremmi mükafatına layiq görülən, ən yaxşı bəstəkar və dünyanın ən yaxşı caz gitara ifaçısı adını alan amerikalı Mike Stern Babylon çıxıb. Qeyri-adi texnikaya malik ifaçı rok, caz və klassikanı ustalıqla uyğunlaşdıra bilib. Dünyanın məşhur gitaraçılarından biri olan musiqiçinin qrupunun heyətində: Bob Franceschini, azərbaycanlı Teymur Phell və Lionel Cordew olub. 2 saata yaxın qonaqlara xoş anlar yaşadan musiqiçi səhnəni tərk etsə də sonrada yenidən səhnəyə qayıdaraq, daha bir neçə kompozisiya ifa edib. Musiqiçinin çıxışı sürəkli alqışlarla qarşılanıb.
Xatırladaq ki, 10 gün ərzində Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.
Konsertlərin biletlərini mərkəzləşdirilmiş kassalardan əldə etmək olar.
Jalə Məmmədli

Oxşar yazılar

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37
Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57