Şah əsərlər Bakıda –
Gələn il dünyanın aparıcı hərrac evi “Christies”in Londondakı sərgi salonunda müasir Azərbaycan incəsənət əsərləri nümayiş etdiriləcək. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Christies”in Azərbaycanda təşkil olunan ilk sərgisinin açılışında təşkilatın əməkdaşı Andres Rumbler deyib. Onun sözlərinə görə, sərgidə tanınmış rəssamların, eləcədə “YARAT!” təşkilatının aşkara çıxardığı incəsənət əsərləri nümayiş olunacaq.
“YARAT!” təşkilatının əlaqələndiricisi Fərid Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, sərginin təşkilində əsas məqsəd “YARAT!” la “Christies” arasında əməkdaşlıq yaratmaqdır: “Christies” dünyaca məşhur sərgi salonudur. 200 ildən artıq təcrübəsi var. Onların işlədiyi kolleksiyalar ən bahalı əsərlərdir. Bu təşkilat inanılmış, etibar qazanmış təşkilatdır. Ona görə də ən bahalı əsərləri özləri ilə digər ölkələrə aparıb nümayiş etdirirlər”.
Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı ilə birlikdə təşkil edilən sərgidə dünyaca məşhur rəssamların əsərləri ilə yanaşı 18-ci əsrdə hazırlanan Qarabağ xalçası da yer alıb.
1766-cı ildə Ceyms Kristi (James Christie) tərəfindən əsası qoyulmuş “Christie’s” XVIII əsrdən bəri ən böyük hərraclar keçirib və hazırda onun 32 ölkədə 53 ofisi və illik 450 satışın keçirildiyi 10 satış salonu var.
Hərracın təşkilatçılarından olan “YARAT!” qeyri-kommersiya təşkilatı müasir Azərbaycan incəsənətinin ölkə və dünya səviyyəsində təmsil etmək məqsədilə 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilib. Təşkilat həm Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət fondları ilə dialoq və mübadilə aparmaqdadır.
Jalə

1474