“Kürdəmir çaxırı içən” aktyor intihar etdi - FOTO
Lent.az-ın məlumatına görə, artıq Moskva şəhər Səhiyyə Departamenti intihar faktını təsdiqləyib.
Məlumata görə, aktyor son zamanlar insult keçirmişdi və ürək ağrılarından şikayət edirdi. İnsultdan sonra Belyavskinin nitqi də tutulmuşdu.
Aleksandr Borisoviç Belyavski 1932 ildə anadan olub. Moskva Əlvan Metallar İnstitutunun geoloji kəşfiyyat fakültəsini, B. Şukin adına Teatr Məktəbini bitirib. Satira Teatrında, Stanislavski Teatrında çalışıb.
Belyavski 100-dən artıq filmdə çəkilib. Onlar arasında “İyul yağışı”, “Dörd tankçı və it”, “Taleyin istehzası və ya həmişə təmizlikdə!” filmləri var. Onun çəkildiyi ən məşhur filmlərdən biri isə Azərbaycanda da sevilən “Görüş yerini dəyişmək olmaz” filmidir. Belyavski həmin filmdə “Foks” obrazını canlandırır.
Yeri gəlmişkən, filmdə Foksun çantasından Azərbaycanı xatırladan bir əşya da tapılır. Bu, “Kürdəmir” çaxırı idi…
Səbuhi

Oxşar yazılar

Arif Babayevin SON DURUMU
29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi
29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi
29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti
28 iyul 2025 , 11:06
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34