"Dəli yığıncağı" Gənc Tamaşaçılar Teatrında
12 fevral 2020 13:23 (UTC +04:00)

"Dəli yığıncağı" Gənc Tamaşaçılar Teatrında

Fevralın 15-i və 16-da Gənc Tamaşaçılar Teatrında “Dəli yığıncağı” tamaşasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa əsərin müəllifi Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.

Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

"Dəli yığıncağı"nda obrazları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər  Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa edirlər.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev ifa edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3442

Oxşar yazılar

Hər kəsin izləməli olduğu  5 film

Hər kəsin izləməli olduğu 5 film

4 mart 2025 , 15:02
2024-cü ilin  ən yüksək qonorar   alan aktyorları - SİYAHI

2024-cü ilin ən yüksək qonorar alan aktyorları - SİYAHI

3 mart 2025 , 19:15
Kefinizi açacaq 10 film

Kefinizi açacaq 10 film

3 mart 2025 , 17:56
Möylə Mirzəliyev

Tanınmış aktyor iflic oldu: Qızı həkimləri ittiham etdi

3 mart 2025 , 16:37
 Motsartın üzü   3D texnologiyaları ilə bərpa edilib

Motsartın üzü 3D texnologiyaları ilə bərpa edilib

3 mart 2025 , 15:41
"Oskar" mükafatının qalibləri məlum oldu  - SİYAHI

"Oskar" mükafatının qalibləri məlum oldu - SİYAHI

3 mart 2025 , 07:43
Niyazi Mehdi

Niyazi Mehdi dəfn edildi - YENİLƏNİB

28 fevral 2025 , 14:51
Mirmövsüm Ağa başımı sığalladı, dilim açıldı - Aydın Kazımzadə

Mirmövsüm Ağa başımı sığalladı, dilim açıldı - Aydın Kazımzadə

28 fevral 2025 , 11:24