Yuxuda bit görmək  nə vəd edir?
28 iyul 2022 09:07 (UTC +04:00)

Yuxuda bit görmək nə vəd edir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də saçda bit görməkdir. Bəs, yuxuda bit görmək nə vəd edir? 

Lent.az yuxuda bit görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda bit görmək uğursuzluğun əlamətidir. Böyük aclıq, sıxıntı və böyük maliyyə itkilərinə işarə edir. Bu ağır hadisələrə bir-birinin ardınca və ya eyni vaxtda məruz qala bilərsiniz. Bitlərlə bağlı yuxu yozmalar isə onları necə gördüyünüzə görə dəyişir.

Yuxuda bit görmək gözlənilməz hadisələrə işarədir. Bu o deməkdir ki, xəyalpərəst maddi tərəfdən tükənmək üzrədir və müəyyən borcları yaranacaq. 

Yuxuda bitli olmaq yuxu görən şəxsə xəbərdarlıq kimi qəbul edilir. Bundan əlavə, bu yuxu mənasız və ya mənasız işlərlə məşğul ola biləcəyinizi bildirir. Başqa bir yozuma görə, bu, müəyyən bir şəxsə qarşı ədalətsiz davranışınızın göstəricisidir. Belə məntiqsiz münasibət uzun müddət yaxınlarınızla aranızda mübahisə yaradacaq.

Yuxuda saçınızı bitdən təmizlədiyinizi görürsünüzsə, bu, həyatınızda xoş hisslərin simvoludur. Bu, yolunuza gələcək və həyata keçirdiyiniz bütün layihələrə dərindən müsbət təsir edəcək çoxlu uğurların və bəxtin ifadəsidir.

Yuxuda başqa birinin başından bit təmizləyirsinizsə, bu yaxşı əlamət sayılır. İmkanınızın yaxşıya doğru irəliləyəcəyini göstərir. Yəni bir növ bolluğa işarədir. 
 
Yuxuda bitli uşaq görmək, heç gözləmədiyiniz mənbələrdən maddi yardım alacağınızın xəbərçisidir. Uzun müddət həyatınızda olan maneələri aşacağınızın və işlərinizdə müvəffəqiyyətli olacağınız kimi ifadə edilir. 

Yuxuda toplu şəkildə bit görmək pula qənaət etməyə, varlanmağa və mal-dövləti artacağını bildirir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10107
avatar

Sevinc Fərid

Oxşar yazılar