“YouTube” asıllıq yaradır – Yeniyetmələr etiraf etdi
18 avqust 2022 21:06 (UTC +04:00)

“YouTube” asıllıq yaradır – Yeniyetmələr etiraf etdi

Amerikalı yeniyetmələr “YouTube” platformasında videolara baxmağa aludə olduqlarını etiraf ediblər. 

Lent.az xəbər verir ki, bu barədə “Pew” Araşdırma Mərkəzinin keçirdiyi sorğuda deyilir.

Respondentlərin fikrincə, ABŞ-da yeniyetmələrin 95%-i “YouTube”-a baxır. 

Onların 19%-i davamlı, 41%-i isə gündə bir neçə dəfə videolara baxdıqlarını qeyd edib.

“Pew”, həmçinin ABŞ-da yeniyetmələrin sosial mediadan imtina etməsi barədə də araşdırma aparıb. 

Məlum olub ki, sorğuda iştirak edənlərin 55 faizi sosial mediaya sərf etdikləri vaxtın yanlış olmadığını düşünür.

Bununla belə, yeniyetmələrin təxminən üçdə biri (36%) aludə olduqlarını və videolara həddən artıq çox vaxt ayırdıqlarını deyib.

# 1062
avatar

Oxşar yazılar