Yanlış bildiyimiz doğrular - SİYAHI
29 dekabr 2020 09:47 (UTC +04:00)

Yanlış bildiyimiz doğrular - SİYAHI

Zamanla doğru bildiyimiz bir çox məlumatlar  əslində yanlış imiş.

Lent.az bu günə qədər doğru bilinən yanlışları təqdim edir:

İllərdi aydan baxarkən görünən yeganə məkan Çin səddi olduğu deyilirdi. Aydan baxarkən bir çox yerləri görə bilsək də, bu Çin səddi deyil.

Göy qurşağında 7 rəng deyil, daha bir neçə rənglər  var.

Kəpənəklərin ömrü bir gün deyil. Bəzi kəpənəklər  1-2 ay yaşayır, bəziləri isə hətta qış yuxusuna gedir və ya isti ölkələrə uçur.

Balıqların bir neçə saniyəlik yaddaşa malik olması yanlış məlumatdır. Məsələn, Yapon balığı ən az 3 aylıq yaddaşa malikdir.

Tərkibində şəkər olan qidaları çox yeməklə insanın şəkərli diabet xəstəsi olacaq fikri tamamilə yanlışdır.

C vitamini orqanizm üçün əhəmiyyətli olsa da, insanı soyuqdəymədən qorumur.

Yemək yeyərkən su içmək artıq çəkiyə sahib olunur kimi fikir əsassızdır. Əksinə, yemək yeyərkən su içmək insanda iştahasızlıq yaradır və beləliklə artıq çəkidən xilas olmağa yardım edir.

Balıqla qatığı bir yerdə yemək olmaz fikri də doğru bildiyimiz yanlışlar sırasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Nigar Adil

Oxşar yazılar