Hər kəs sosial şəbəkələrin mənfi tərəflərindən xəbərdardır: çox vaxt aparır və İnternet asılılığının inkişafına səbəb ola bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bununla birlikdə, onların da vacib bir üstünlüyü var: məlum olub ki, sosial şəbəkələr insanları pis vərdişlərdən imtina etməyə kömək edir. Bunlardan biri də qırmızı ətin tez-tez istifadəsidir.
Kardiff Universitetinin əməkdaşları, Facebook Messenger tətbiqetməsinin istifadəçilərində bu məhsulun zərərləri barədə daim xatırladılan bir təcrübə aparıblar.
Tədqiqat iştirakçıları mütəmadi olaraq həddindən artıq qırmızı ət istehlakının xərçəng inkişaf riskini artırdığı barədə xəbərlər alıblar. Məhsul istehlakının azaldılmasının ekoloji vəziyyətə müsbət təsir göstərdiyi də bildirilib.
İki həftə sonra İngiltərədən olan alimlər təcrübədə iştirak edən könüllülərin pəhrizini analiz ediblər.
Qırmızı ət istehlaklarını azaltdıqları ortaya çıxıb. Əvvəllər həftədə ortalama 7-8 porsiyon məhsul yeyirdilərsə, təcrübə bitdikdən sonra rəqəm həftədə 4-5 porsiyaya düşüb.
Bundan əlavə, könüllülərin çoxu qırmızı ət yeməyi tamamilə dayandırmaq planlarından danışıb.