Qaynadılmış yumurtanın sarısı ətrafında niyə mavi rəng yaranır?
06 aprel 2024 10:41 (UTC +04:00)

Qaynadılmış yumurtanın sarısı ətrafında niyə mavi rəng yaranır?

Bəzi insanlar sarısı ətrafında mavi olan qaynadılmış yumurta yeməkdən qorxur və bu tamamilə yanlışdır.

Lent.az xəbər verir ki, yumurtanın pis olduğuna işarə deyil.

Bəs, bu mavi rəngin yaranmasına səbəb nədir? 

Məlumata görə, sarısının ətrafında mavi görünməsinin səbəbi çox uzun müddət bişmə ilə bağlıdır.

Belə ki, yumurta 10 dəqiqədən çox bişirildikdə, sarıdan dəmir və kükürd ayrılır. Nəticədə mavi rəng verən dəmir sulfid əmələ gəlir. 

Bu sırf estetik qüsurdur. Belə yumurtaları qorxmadan yeyə bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11457
avatar

Sevinc Fərid

Oxşar yazılar