Qartalın atdığı ilan sürücünü sancdı
08 iyun 2021 11:22 (UTC +04:00)

Qartalın atdığı ilan sürücünü sancdı

Keniyada sürücünü yanından uçan qartalın atdığı qara mamba sancıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Devid Musuoka iddia edir ki, Mvinqi şəhərinə gedərkən ölümcül zəhərli ilan avtomobilinin damına düşüb. Sonra sürünərək maşına girən ilan onu sol əlindən dişləyib.

“Maşını saxladım və köməyimə gələn insanlarla birlikdə ilanı öldürdük. Onun yanında dayanıb nə edəcəyimizə qərar verərkən qartal yenidən uçdu, izdihamın arasından keçdi, ilanı götürüb getdi”, - Musuoka vurğulayıb.

İlanı öldürməkdə kömək edənlərdən biri Musuokanı Mvinqadakı xəstəxanaya çatdırıb. Sürücünü xilas etmək mümkün olub. 

Qara mamba – Afrika ilanıdır, uzunluğu 3 metrə qədər olur. Onun zəhər çox təhlükəli hesab olunur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Oxşar yazılar